AZ

Bayram günlərində bölgələrdə kirayə mənzil qiymətləri necə olacaq? - AÇIQLAMA

Bakı.Trend:

Qarşıdan gələn bayram və istirahət günləri ilə əlaqədar olaraqbölgələrdəki qısa-müddətli kirayə mənzillərə, xüsusən də günlükkirayə verilən həyət evləri və villalara tələb ənənəvi olaraqartır. Bu dövrdə əhali hotellərlə yanaşı daha çox kirayə evlərə,villalara üstünlük verir, çünki ailəvi istirahət üçün daha geniş vəsərfəli şərait təklif olunur.

Bayram günlərində müxtəlif kateqoriyalar üzrə kirayə mənzillərinqiyməti neçə manat aralığında olacaq?

Mövzu ilə bağlı əmlak eksperti Şahin İbrahimov Trend-ə açıqlamasındabildirib ki, hazırkı müşahidələr bölgələrdəki kirayə bazarındamövsümdənkənar dövrlə müqayisədə qiymətlərdə artım meyli olduğunugöstərir. Qiymət artımı əsasən qısa­müddətli kirayələrdə - xüsusənbayram və tətillər ərəfəsində özünü göstərir:

“Bu artım adətən 20-40% intervalında dəyişir, bəzi yüksəktələbatlı turizm zonalarında isə daha yüksək ola bilər.

Otaq sayına və təmir vəziyyətinə görə qiymət fərqləri:

1-2 otaqlı sadə mənzillər - bölgələrdə gündəlik kirayəqiymətləri adətən 40- 70 manat intervalındadır. Bayram günlərindəqiymətlər 60-100 manata qədər yüksələ bilir.

Təmirli və yaxşı şəraitli mənzillər - gündəlik qiymətlər 80-120manat civarında olur. Tələbatın artdığı günlərdə bu rəqəm daha dayüksələ bilər.

Sadə həyət evləri - mövsümdənkənar dövrdə 50-100 manat, bayramvə istirahət günlərində isə 80-150 manat aralığında təklifedilir”.

Ş.İbrahimov bildirib ki, villalara tələb digər kateqoriyalaranisbətən daha yüksəkdir. Ailələr və qruplar üçün nəzərdətutulduğundan, bayram dövründə villalarda demək olar ki, tamdoluluq müşahidə olunur:

“Orta səviyyəli villalar 120-250 manat arasında dəyişir. Premiumkateqoriyalı, hovuzlu,geniş sahəli villalar isə 250-400 AZN və dahayuxarı qiymətlərlə kirayə verilir. Bayram günləri ərəfəsindəbölgələrdəki kirayə mənzillər və villalar seqmentində tələb artdığıüçün qiymətlərdə nəzərəçarpacaq mövsümi yüksəliş qeydə alınır. Bu,hər il müşahidə olunan təbii bazar dinamikasıdır”,-deyə ekspertəlavə edib.

Əmlak eksperti Elnur Azadov mözu ilə əlaqədar Trend-ə açıqlamasındabildirib ki, bayram günlərində həm istirahət komplekslərində, həmdə fərdi vətəndaşlar tərəfindən inşa olunan evlərin kirayəqiymətlərində artım müşahidə ediləcək.

“Bu il istirahət zonalarında tikilən evlərin sayında kifayətqədər artım var. Son bir il ərzində bölgələrdə “A-frame” tiplievlər çox tikilib və onlara tələbat çoxdur. Köhnə tikili evlərdəisə kirayə qiymətləri stabil qalacaq. Qiymət artımı evin yerləşdiyibölgədən də asılı olaraq dəyişir”.

Ekspert vurğulayıb ki, Qəbələ-İsmayıllı zonalarında yeni inşaolunan “A-frame”lərin sayı çoxdur. Bu səbəbdən köhnə evlərə tələbatazala bilər.

“Oxşar vəziyyət digər zonalarda, məsələn, cənubdaLənkəran-Astara xəttində, şimalda isə Quba-Qusar istiqamətindəmüşahidə edilir.

İstirahət zonalarında qiymətlər bir otaq üçün orta hesabla 50-70manat arasında dəyişir. Bir az kateqoriyası yüksək olan istirahətzonalarında isə qiymətlər 70 manatdan 100 manata kimi və daha çoxola bilər. “A-frame” evlərin isə qiymətləri günlük 100 manatdanbaşlayır. Bir az köhnə kateqoriyada olan evlərin isə qiymətləritəxminən günlük 60-70 manatdan başlayır”,-deyə o əlavə edib.

Seçilən
125
1
az.trend.az

2Mənbələr