AZ

Bölgə klubu liderlə oyuna çıxmaqdan imtina etdi - SON DƏQİQƏ

Azərbaycan komandası bugünkü oyuna çıxmayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 2-ci Liqa təmsilçisi "Şəki Siti"dən gedir. 

Bu gün "Qaradağ Lökbatan"la qarşılaşmalı olan kollektiv oyuna yollanmayıb. Matçın 14:00-a nəzərdə tutulduğunu xatırlatsaq, Şəki təmsilçisinə texniki məğlubiyyət, rəqibinə isə 3 xal veriləcəyi gözlənilir.

Xatırladaq ki, sözügedən klubun futbolçu və məşqçi heyəti 3 aydır ki, maaş almır. "Şəki Siti"nin titul sponsoru olan "Flyblast"ın direktoru Rövşən Abdullayev bir müddət öncə geri çəkildiyini bəyan edib.

Nihat

Seçilən
137
1
fanat.az

2Mənbələr