Avstraliya Baş naziri Antoni Albanese, Yeni Cənubi Uels (NSW) ştatına bağlı Sidney şəhərindəki çimərlikdə baş verən və 15 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra ölkədə silah satışı qaydalarının sərtləşdiriləcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Antoni Albanese dünən keçirdiyi mətbuat konfransında baş vermiş silahlı hücumla bağlı danışıb.
Hökumətin zəruri addımları atacağını bildirən Antoni Albanese, silah satışı qaydalarının daha da sərtləşdiriləcəyini vurğulayıb:
“Bir şəxsin istifadə etdiyi və ya lisenziyalaşdırdığı silahların sayının məhdudlaşdırılması da daxil olmaqla, daha sərt silah satışı qaydalarını milli kabinetin gündəminə daxil edəcəyəm”.
Baş nazir insanların vəziyyətinin zamanla dəyişə biləcəyini qeyd edərək, silah lisenziyalarının daimi olmamalı olduğunu bildirib.
O əlavə edib ki, bəzi qanunlar federal, bəziləri isə ştat səviyyəsində tətbiq olunsa da, bu məsələdə ortaq mövqeyə gəlmək üçün çalışacaqlar.