Budapeşt Texniki və İqtisadiyyat Universitetinin professorları Qabor Domokoş və Peter Varkonyi tərəfindən yaradılmış riyazi ixtira – Gömböc, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma tərəfindən ADA Universitetinin prorektoru cənab Fariz İsmayılzadəyə təqdim edilib.

Hafta.az-ın yazdığına görə, Gömböc “mono-monostatik” adlanan yeni forma sinfinə aid olan ilk məlum nümunədir. Bu sinfə daxil olan cisimlər qabarıq, homogen olub, yalnız bir sabit və bir qeyri-sabit tarazlıq nöqtəsinə malikdir.

Cənab Otto Albrextin təşəbbüsü ilə həyata keçirilən ianə proqramı çərçivəsində dünyanın nüfuzlu universitet və muzeylərinə Gömböc modelləri hədiyyə edilib.

“Gömböc 1918” Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı ili təcəsüm etdiirr və ölkədə nümayiş etdirilən ilk fərdi Gömböc eksponatıdır.