“Birliyimiz gücümüzdür” şüarı ilə Türk dünyasını hər sahədə gücləndirməyi, müxtəlif çağırışlar qarşısında daha davamlı və dayanıqlı hala gətirməyi hədəfləyirik. Bu gün Türk Dövlətləri Təşkilatı çətiri altında möhkəmlənən əməkdaşlığımız, ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə daha güclü şəkildə ötürülməsinə öncüllük edir. Türk dili təkcə ünsiyyət vasitəsi deyil, həm də ortaq dəyərlərimizin, tariximizin və sivilizasiyamızın daşıyıcısıdır. Türk dilinin zənginliyini yaşadan, onu qoruyub inkişaf etdirən bütün qurumlarımıza, alimlərimizə və könül fədailərinə ən səmimi təşəkkürlərimi bildirirəm. Birliyimizin təməli olan dilimizin hər bir sözü gələcəyə uzanan ortaq səsimizdir” – deyə B.Duran əlavə edib.
