Bu gün Premyer Liqada 15-ci tura yekun vurulacaq.
Turun son matçında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
Oyun saat 19:00-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda "Neftçi" üstün olub - 2:0.
Bugünkü görüş "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub üçün debüt matçı olacaq. Ukraynalı mütəxəssis ilk qarşılaşmasına bəzi sürpriz qərarlarıyla start verəcək.
Məsələn, Vensan Abubakarın ilk "11-lik"dən kənarda qalması kimi.
Təcrübəli çalışdırıcı oktyabrın ikinci yarısında komandaya qoşulan və ötən müddətdə Premyer Liqada 4 qol vuran kamerunlu hücumçunun hazırlıq səviyyəsindən narazıdır.
59 yaşlı mütəxəssisin fikrincə, kamerunlu ulduz hələ də ideal formadan uzaqdır və bu, onun artıq çəkidən əziyyət çəkməsiylə əlaqədardır.
Vernidubu qayğılandıran digər çatışmazlıq «Beşiktaş»ın sabiq forvardının ötən oyunlarda meydanda keçirdiyi dəqiqələr ərzində az hərəkət etməsidir.
O, qaçmaqla arası olmavan Abubakardan yalnız ikinci hissədə yararlanmaq niyyətindədir.
SPORTİNFO.AZ