AZ

Azərbaycan vasitəsilə Ermənistana yenidən taxıl göndəriləcək

BAKI, 15 dekabr. TELEQRAF

Taxıl yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə yaxın vaxtlarda Ermənistana çatdırılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan ölkəyə yeni taxıl partiyalarının gətiriləcəyini açıqlayıb.

O, tədarükçü ölkənin adını və yüklərin İrəvana dəqiq daxilolma tarixini açıqlamayıb:

"Taxılın həcmi ilə bağlı məlumat yüklər ölkəyə daxil olduqdan sonra təqdim ediləcək".

Seçilən
55
teleqraf.com

1Mənbələr