AZ

Çexiyada koalisyon hökumət qurulub

Bakı. Trend:

Çexiyada Praqa qəsrində çex milyarder - hazırkı baş nazir AndreyBabişin qurduğu koalisyon hökumətin təntənəli andiçmə mərasimikeçirilib.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Babiş oktyabr ayında Çexiyada keçirilmişparlament seçkilərində qalib gəlmiş mərkəzçi siyasi hərəkat olanANO-nun (“Narazı Vətəndaşların Aksiyası”) rəhbəri olaraq, kabinetiöz namizədlərindən, həmçinin SPD (“Azadlıq və Birbaşa Demokratiya”)və Motorist (“Avtomobilçilər”) siyasi hərəkatlarınınnümayəndələrindən formalaşdırıb.

Babişin hökuməti 16 üzvdən ibarətdir. ANO baş nazir postu daxilolmaqla səkkiz nazirlik portfelinə sahibdir; SPD üç portfeləmalikdir, onların arasında müdafiə naziri vəzifəsi də var;“Motorist” isə xarici işlər naziri vəzifəsi də daxil olmaqla dördportfelə sahibdir. Hökumət sədri bildirib ki, kabinet dərhalfəaliyyətə başlayacaq. Bazar ertəsi günü bütün nazirlər özrəhbərlik etdikləri qurumlarda vəzifələrini tutacaqlar. Bugün eynizamanda hökumətin ilk iclası keçiriləcək.

Məqalədə:
Seçilən
64
az.trend.az

1Mənbələr