AZ

WSJ: “ABŞ Kiyevə güzəştə getmək fikrində deyil”

AzVision.az xəbər verir ki, görüşün gedişatından məlumatlı olan mənbəyə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, əsas mövqe ixtilafı ərazi güzəştləri ilə bağlıdır.

“Vaşinqtonun planı Kiyevin Donbası tamamilə tərk etməsini nəzərdə tutur. Zelenski Donbası “azad iqtisadi zona”ya və ya “demilitarizasiya zonası”na çevriləcəyi, Ukrayna qüvvələrinin oradan çıxarılacağı, lakin Rusiya qüvvələrinin girişininmümkün olmayacağı barədə ABŞ-nin dəstəklədiyi təklifi istisna etməyib”,- qəzet yazır.

Zelenski:“Bu şərtlə NATO-dan imtina edə bilərik”
Bununla belə, Kiyev Ukraynanın hələ Donbasda bufer zona yaradılması təklifi ilə razılaşmadığını açıqlayıb. Kreml isə, öz növbəsində, Donbas ərazisini Rusiya ərazisi elan edib və Ukrayna qoşunlarının oradan çıxarılmasında israrlıdır.

“WSJ” nəşrinin mənbələrinin dediyinə görə, Ukrayna lideri Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) fəaliyyətində“iştirakını saxlaya bilməsi”perspektivinin də əleyhinə deyil. Lakin burada vəziyyətə Ukrayna və ABŞ nəzarət etməlidir. Zelenskinin fikrincə, Ukrayna Silahlı qüvvələrinin sayı indiki səviyyədə saxlanmaqla məhdud ola bilər.

Xatırladaq ki, dekabrın 14-də Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında davam edən 5 saatlıq danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
84
1
azvision.az

2Mənbələr