AZ

Zəmanətlə alınan məhsulda qüsur və ya saxtalıq olsa müştəri nə etməlidir? - CAVAB

Müştərilərin ən çox problemlə üzləşdiyi məsələlərdən biri zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalığın aşkar olunmasıdır. Adətən, istehlakçı hansı hüquqa malik olduğundan məlumatsız olur. Alıcının hüquqları hansı halda və necə təmin edildiyi sual edilir.

Ölkə.Az qanunvericiliyə əsasən xəbər verir ki, istehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Bundan əlavə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur.

Müştərinin məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.

İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır.

Qeyd edək ki, sözügedən tələbə qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Seçilən
61
1
olke.az

2Mənbələr