AZ

Direktor: Yeni Klinikanın qeydiyyatçıları digər sahələrdə fəaliyyətlərini davam etdirəcəklər

Bakı, 15 dekabr, Günel Türksoy, AZƏRTAC

Gələn ildən etibarən Yeni Klinikada tətbiq ediləcək yeni sistem qeydiyyat prosesini optimallaşdıracaq. Lakin insan resursları klinika üçün hələ də vacibdir. Qeydiyyatçılar digər sahələrdə fəaliyyətlərini davam etdirə biləcəklər, onların peşə təcrübələri klinikanın ümumi xidmət keyfiyyətini artırmaq üçün lazımlıdır.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Yeni Klinikanın direktoru Barat Yusubov deyib.

O qeyd edib ki, hazırda klinika üçün müəyyən qədər çətinliklər yaradan proseslərdən biri növbə sıxlığıdır: "Hesab edirəm ki, bu sistem növbə sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da pasiyentlərin tibbi xidmətdən daha rahat və vaxt itirmədən yararlanması deməkdir. Bu, həmçinin klinikada resursların daha optimal idarə olunmasına imkan yaradacaq, personal və avadanlıqların istifadəsi maksimum effektivliklə həyata keçiriləcək. Nəticədə, həm klinikanın işlərinin səmərəliliyi yüksələcək, həm də ən vacibi pasiyent məmnuniyyəti daha da yüksələcək. Bizim hədəfimiz də elə budur. Ölkəmizdə daha yaxşı tibbi xidmət yaratmaq, səhiyyəni hər kəs üçün əlçatan etmək və beləlikə, vətəndaş məmnunluğunu təmin etməkdir".

Müsahibənin tam variantı bu gün AZƏRTAC-da yayımlanacaq.

 

 

Seçilən
110
azertag.az

1Mənbələr