ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“ABŞ-ın birinci xanımı Melaniya Tramp Milad dekorasiyasına görə aldığı tənqidlərdən narazıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin keçmiş mətbuat katibi və Melaniya Trampın aparat rəhbəri Stefani Qrişam deyib.
“Melaniya belə tənqidləri ətiyyən bəyənmir. İnsanların bayram ruhuna, xanımın dəstəklədiyi uşaqlara deyil, məhz buna diqqət yetirməyə üstünlük verməsi təəssüf doğurur”, – o bildirib.
Qrişamın sözlərinə görə, Melaniya Tramp Miladı sevir və Ağ Evi bəzəməyə çox vaxt sərf edir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.