"Səbail" I Liqanın X turunda "Difai"ni 3:0 hesabı ilə məğlub edərək liderlə xal fərqini əlçatana endirib. "Dənizçilər"in baş məşqçisi Adil Şükürov yeni komandasındakı debütünü dəyərləndirib.
48 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Difai" ilə çox maraqlı oyun alındı. Uşaqlar tapşırıqlarımı maksimum dərəcədə yerinə yetirməyə çalışırdılar. Düzdür, bəzi məqamlarda alınmasa da, sonluq bizi qane etdi. Hesaba baxmayaraq, "Difai"nin də haqqını vermək lazımdır. Rəqib adını doğruldan, döyüşkən komandadır. Bu kollektivin gələcəkdə digər komandalara da başağrısı olacağını demək olar.
Turnir cədvəlindəki əsas izləyicilərimiz "Mingəçevir" və "Baku Sportinq" bu turda qələbə qazandıqlarına görə qalib gəlməyə məcbur idik ki, mövqeyimizi qoruyaq. Qələbə qazandığımız üçün çox sevincliyik. Qələbələrimizi sıralamalııyıq ki, Premyer Liqaya yüksəlməyə əsas namizəd kimi şansımızı sona qədər qoruyaq".
Qeyd edək ki, "Səbail" 10 turdan sonra 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Şəfa"dan 3 xal geri qalır.
Mirağa