Misli Premyer Liqasının debütantı "Karvan-Yevlax" heyətini gücləndirmək niyyətindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda 5 xalla turnir cədvəlinin son pilləsində mövqe tutan "ağ-qaralar" qış fasiləsində sıralarına azı 2 futbolçu cəlb etməkdə israrlıdırlar.
Onlardan birinin kimliyi dəqiqləşib. Bu, müqavilə ilə "Sabah"a məxsus olan, icarə əsasında "Turan Tovuz"un formasını geyinən cinah müdafiəçisi Abdulla Rzayevdir. Tərəflər artıq danışıqlara başlayıblar. Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyevin şans vermədiyi gənc futbolçu özü də "Karvan"a qoşulmaqda və müntəzəm oynamaqda maraqlıdır.
Xatırladaq ki, "Karvan" bu gün çempionatın 15-ci turu çərçivəsində "İmişli"nin qonağı olacaq.
Nihat