AZ

Qrossi: "Tehran yoxlamalara məhdudiyyət qoyur"

Bu sözləri BAEA-nın Baş direktoru Rafael Qrossi Rusiyanın "RIA Novosti" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Tehran müfəttişlərə yalnız cari ilin iyununda İsrail-İran müharibəsi əsnasındazərbə endirilməmişərazilərə baxmaq şəraiti yaradır

"Bu da əhəmiyyətlidir, amma daha vacib obyektlərdə yoxlanışa məhdudiyyət qoyulub. Həmin obyektlərdə xeyli miqdarda nüvə material və avadanlıqları qalmaqdadır".

Xatırladaq ki, iyun ayında İsraillə 12 günlük müharibədə nüvə və raket obyektləri bombalanıb sıradan çıxarılan İran bu müddət ərzində BAEA-nı "siyasiləşməkdə, tərəf tutmaqda" günahlandırıb. Bu gərginlik nəticəsində əməkdaşlıq tamamilə qopma nöqtəsinə çatsa da, hər iki tərəfin cəhdləri ilə əlaqələr yenidən qurulub. Hərçənd BMT səviyyəsində sanksiyalar fonunda vəziyyət təkrarəngərginləşib.

Firudin Həmidli
AzVision.az
Seçilən
57
azvision.az

1Mənbələr