AZ

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır - FƏRMAN

Bakı. Trend:

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrəfəaliyyət rəqəmsallaşdırılır.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, yeni sistem, idxal-ixrac, tranzit, nəqliyyat vəlogistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında, dövlətorqanlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsinəimkan verəcək.

Sistem vasitəsilə tələb olunan sənədlərin elektron qaydadatəqdim edilməsi, nəqliyyat vasitələrinə dair məlumatların tərtibedilməsi və daşınan yüklərin izlənməsi təmin ediləcək.

Yükdaşıma müqavilələri elektron qaydada bağlanacaq və ödənişləronlayn həyata keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti doqquz ay ərzindəSistemin əsasnaməsini hazırlayıb Prezidentə təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sistemin G-cloudKonsepsiyasına uyğun olaraq inkişafını təmin etməli və məlumatmübadiləsini Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkiletməlidir.

Seçilən
85
9
az.trend.az

10Mənbələr