AZ

Yunanıstanın baş naziri polis tərəfindən saxlanıldı

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis şam yeməyindən qayıdarkən Afinadakı polis yoxlama məntəqəsində saxlanılıb.

Publika.az xəbər verir ki, Mitsotakis vətəndaşların müdafiəsi işləri üzrə naziri Mixalis Xrisoxoidislə birgə yeməkdən qayıdarkən saxlanılıb.

Prosedura uyğun olaraq, Mitsotakis və Xrisoxoidisdən alkoqol ölçən cihaza üfürülmələri istənilib.

Test mənfi çıxdıqdan sonra ikili polislərlə foto çəkdirərək ərazini tərk ediblər.

Seçilən
60
publika.az

1Mənbələr