Bakı. Trend:
Bu ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi(0.5%) azalaraq 2.7 milyard dollar təşkil edib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın(1.5 milyard dollar) idxalı (1.2 milyard dollar) üstələməsinəticəsində 0.3 milyard dollar həcmində profisit yaranıb: "Budövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%,Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalıb. Xariciölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlıgöstərilən xidmətlərin həcmi 1.2 milyard dollar olub. Bunun 75.1%-iAzərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkikidxal üçün vəsaitlər istisna olmaqla)".
"Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərəgöstərilən tikinti xidmətlərinin həcmi 2.4 milyon dollar təşkiledib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digərişgüzar xidmətlərin həcmi isə 12.1% artaraq 1.6 milyard dollarolub", - qeyd edilib.