AZ

Kreml yenilənmiş sülh planından imtina edə bilər - ISW

Kreml Trampın sülh planının ilkin variantını bəyənsə də Avropa və Ukraynanın düzəlişlərindən sonra ondan imtina etməyi düşünür.

Herbiand.az xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri bu qənaətdədir.

ISW tərəfindən yayılan məlumatına görə Rusiya prezidentinin müşaviri Yuri Uşakov bildirib ki, Rusiya öz mövqeyini "çox aydın şəkildə" ifadə edib və Ukrayna və Avropa sülh planını dəyişdirərsə, "sərt etirazları" olacaq.

Onun sözlərinə görə, Rusiya Donbasda silahsızlaşdırılmış "bufer" zonası ilə bağlı hər hansı müzakirələr də daxil olmaqla, müxtəlif "ərazi məsələləri" ilə bağlı müddəaları qəbul etməyəcək.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın sülh müqaviləsi ilə bağlı Avropa mövqeyini yenidən nəzərdən keçirməkdə maraqlı olmadığını vurğulayıb.

Seçilən
99
herbiand.az

1Mənbələr