AZ

Kaya Kallas: “Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu deyil”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq gündəmdə deyil və Avropa İttifaqı daha ciddi təhlükəsizlik təminatları hazırlamalıdır.

“Yeni Sabah” xəbər verir ki, Aİ ali nümayəndəsi qeyd edib:

“Aİ-nin təhlükəsizlik zəmanətləri sadəcə kağız üzərində deyil, real qoşunlar və real hərbi imkanlar olmalıdır”.

K. Kallas əlavə edib ki, təhlükəsizlik zəmanətləri Rusiyaya yox, Ukraynaya lazımdır:

“Vəziyyəti açıq görməliyik. Bir təcavüzkar var – Rusiya, bir də qurban – Ukrayna. Son 100 ildə Rusiya ən azı 19 ölkəyə hücum edib, bəzi ölkələrə 3-4 dəfə. Bu ölkələrdən heç biri Rusiyaya hücum etməyib. Ona görə də Rusiyaya heç bir təhlükəsizlik zəmanəti lazım deyil”.


Telegram kanalımız
Seçilən
62
16
yenisabah.az

10Mənbələr