AZ

Azərbaycanın xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb

Bakı. Trend:

Bu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 milyarddollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşainvestisiyalar (1.0 milyard dollar), portfel investisiyaları (1.3milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar)hesabına formalaşıb.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşainvestisiyalar (-305.2 milyon dollar), neft bonusu (450.2 milyondollar), portfel investisiyaları (-33.7 milyon dollar) və digərinvestisiyalar (304.6 milyon dollar) hesabına formalaşıb", - qeydedilib.

Məqalədə:
Seçilən
44
2
az.trend.az

4Mənbələr