AZ

Zelenskinin qarşılanma şəkli diqqət çəkdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya-Ukrayna İqtisadi Görüşü və Sülh Zirvəsində iştirak etmək üçün Berlinə səfər edib.

"AzPolitika" xəbər verir ki, Zelenskinin Almaniyada qarşılanma şəkli diplomatik protokol baxımından mübahisələrə səbəb olub. 

Belə ki, dövlət başçısı üçün standart rəsmi qarşılama mərasimi keçirilməyib, hava limanında heç bir yüksək vəzifəli Almaniya hökumət rəsmisinin olmaması da diqqət çəkib.

Qeyd edək ki, Zelenskinin Berlin səfəri çərçivəsində Böyük Britaniya və Fransa liderləri ilə görüşməsi, həmçinin NATO və Avropa Birliyinin nümayəndələri ilə Sülh Zirvəsində iştirak etməsi gözlənilir. Zirvədə Ukrayna-Rusiya münaqişəsi, hərbi dəstək və sülh prosesi məsələləri müzakirə olunacaq.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
azpolitika.info

1Mənbələr