AZ

Turizm xidmətləri üzrə profisit 320 milyon dollara çatıb

BAKI, 15 dekabr. TELEQRAF

Bu ilin 9 ayında turizm xidmətlərinin profisiti 320 milyon dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, müsbət nəticənin əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayı ilə bağlıdır.

"Belə ki, bu dövrdə ölkəyə gələn xarici turistlərin sayı 1 milyon 998 min, ölkədən gedən rezidentlərimizin sayı isə 1 milyon 605 min təşkil edib."

Seçilən
132
teleqraf.com

1Mənbələr