AZ

Çin yeni sürətli dronu sınaqdan keçirib

Çinin yüksək hündürlükdə və yüksək sürətli yeni pilotsuz uçuş aparatı olan “Caihong-7” ilk uçuşunu uğurla başa vurub.

Herbiand.az bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

Jurnalistlərinin bildirdiyinə görə, dron genişləndirilmiş məsafəyə malik “uçan qanad” dizaynına malikdir və müxtəlif yüksək effektli yük daşıya bilir.

Dron tezliklə uçuş xüsusiyyətlərini və yükünün effektivliyini təsdiqləmək üçün bir sıra yeni sınaqlardan keçəcək. Mühəndislər uçuşun müxtəlif mərhələlərində bütün dron sistemlərinin funksionallığını və etibarlılığını qiymətləndirməyə davam edəcəklər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
102
herbiand.az

1Mənbələr