AZ

 Milyarder bu şəxsə  100 min dollar hədiyyə VERDİ

Sidneydəki Bondi çimərliyində baş verən atışma zamanı şübhəli şəxsi zərərsizləşdirən 43 yaşlı meyvə satıcısı Əhməd əl-Əhmədə amerikalı milyarder və “Pershing Square” investisiya fondunun rəhbəri Bill Ackman 100.000 dollar bağışlayıb.

Vətəninfio.az xəbər verir ki, hadisə bazar günü baş verib və X sosial şəbəkəsində yayılan videoda Əhmədin atıcıya arxadan yaxınlaşaraq odlu silahı ələ keçirməsi əks olunub. Qəzetin məlumatına görə, hadisə zamanı Əhməd yaralanaraq xəstəxanaya aparılıb.

Bill Ackman sosial media hesabında bildirib ki, Əhməd üçün GoFundMe platformasında ianə səhifəsi açıb və artıq 100.000 dollar bağışlayıb.

Yeni Cənubi Uels Dövlət Polisinin açıqlamasına görə, hücumu törədənlər 50 və 24 yaşlı ata və oğul olub. Atışma nəticəsində 16 nəfər ölüb, 40 nəfər yaralanıb. İsrailin ictimai yayımçısı Kan xəbər verir ki, hadisə yerli yəhudi icmasının Hanuka şam yandırma mərasimi zamanı baş verib. Hücum yerindən iki aktiv partlayıcı qurğu da müsadirə edilərək sapyorlar tərəfindən zərərsizləşdirilib.

Seçilən
65
veteninfo.az

1Mənbələr