AZ

Mbappe Ronaldoya yaxınlaşır

İspaniya çempionatının 16-cı turunda “Real” səfərdə “Alaves”i 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, qollardan birini Kilian Mbappe vurub. Bu qol fransalı hücumçunun 2025-ci ildə “Real” forması ilə 56-cı qolu olub.

Mbappe bununla Kriştiano Ronaldonun 2013-cü ildə müəyyənləşdirdiyi 59 qolluq rekorda yaxınlaşıb.

İlin sonuna qədər qalan iki oyunda Mbappenin rekordu yeniləmək şansı var.

Seçilən
59
idmanxeber.az

1Mənbələr