AZ

SON DƏQİQƏ: Bölgə klubu oyuna çıxmaqdan imtina edir

Bu gün II Liqada 13-cü turun oyunları keçiriləcək.

“Qaradağ-Lökbatan” qəsəbədəki Olimpiya İdman Kompleksinin stadionunda “Sheki City”ni qəbul etməlidir.

Lakin qarşılaşmanın baş tutma ehtimalı çox azdır.

Buna səbəb bölgə təmsilçisinin futbolçularının meydana çıxmaqdan imtina etməsidir.

Mövsümün startından bu yana – 3 aydır maaş üzünə həsrət qalan komanda üzvləri ötən tur xahiş-minnətlə “Araz Saatlı” ilə oyuna çıxıb 4:0 hesabı ilə qələbə qazanmışdı.

Həmin vaxt onlara problemin yaxın günlərdə həll edəcəyi deyilmişdi. Üstündən bir həftə keçib, məvaciblərdən səs-soraq yoxdur.

Çarəsiz durumda qalan futbolçular azı 1 ayın əməkhaqqısının verilməsini tələb edir. Yalnız bu halda “Qaradağ-Lökbatan”la matçın reallaşması mümkün olacaq.

Qarşılaşmanın start 14:00-da start götürməsi nəzərdə tutulub.

Maraq üçün bildirək ki, qarşısında I Liqaya vəsiqə hədəfi dayanan “Sheki City” 12 turdan sonra 25 xalla 12 komanda arasında 4-cü pillədə yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
33
sportinfo.az

1Mənbələr