AZ

Finlandiyanın müdafiə naziri ABŞ-dan AIM-120D-3 raketlərinin alınması təsdiqləyib

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ABŞ-dan AIM-120D-3 AMRAAM “hava-hava” raketlərinin satın alınmasını təsdiqləyib.

“Poliqon” Finlandiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu raketləri ölkənin F-35A döyüş təyyarələri tərəfindən istifadə olunacaq.

“Bu satınalma Finlandiyaya AMRAAM-ın ən son və ən inkişaf etmiş variantını qazandıracaq və əməliyyat mühitimizdə mövcud təhdidlərə cavab vermə qabiliyyətimizi artıracaq. Bu, həmçinin ABŞ və digər müttəfiqlərimizlə qarşılıqlı fəaliyyət qabiliyyətimizi daha da gücləndirəcək”, deyə müdafiə naziri Antti Häkkänen bildirib.

Qeyd edək ki, D-3 versiyası AMRAAM ailəsinin ən son və ən inkişaf etmiş variantıdır. 2025-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti “Raytheon” tərəfindən istehsal olunan AMRAAM raketlərinin Finlandiyaya 1.07 milyard dollar dəyərindəki satışını təsdiq edib.

Hazırda F/A-18 “Hornet” qırıcılarının istifadə etdiyi AMRAAM raketləri Finlandiya Hərbi Hava Qüvvələrinin orta mənzilli “hava-hava” silahlanmasının əsas elementlərindən biridir. Eyni zamanda, Finlandiya Ordusu da bu raketlərdən ITO12 NASAMS zenit-raket kompleksində istifadə edir. Satın alınacaq D-3 variantı isə yalnız F-35 qırıcılarının silahlanmasında yer alacaq.

Seçilən
107
poliqon.az

1Mənbələr