BAKI, 15 dekabr. TELEQRAF
Azərbaycana pul köçürmə sistemləri vasitəsilə köçürmələr bu ilin 9 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə çox cüzi də olsa artım var, 0,12% artım var. Ölkəyə 550 milyon dollar pul baratları daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Köçürmələrin daxil olduğu ölkələr sırasında birinci yerdə Rusiya Federasiyasıdır, əsasən 344 milyon dollar. Türkiyə Cümhuriyyəti 104 milyon dollar, Amerika Birləşmiş Ştatları 74 milyon dollar, Birləşmiş Krallıq 31 milyon dollar və Gürcüstan 30 milyon dollar. Bu, ilk beşlikdə birləşir. Ölkədən xaricə köçürülmüş pul baratlarına pul köçürmə sistemləri vasitəsilə fiziki şəxslərin əməliyyatlarının həcmi təxminən 361 milyon dollar olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10,5% azalıb.