ASUS ExpertBook B5 (B5605CСA) - “ExpertBook Advanced” seriyasının orta səviyyəli biznes noutbukudur. Kompakt ölçüləri korporativ istifadəçilər üçün genişləndirilmiş imkanlarla birləşdirir. Model yüksək mobilliyi, möhkəm metal korpusu, həmçinin barmaq izi skaneri, kamera örtüyü və intellektual səs-küyün azaldılması funksiyası daxil olmaqla qabaqcıl təhlükəsizlik vasitələri ilə fərqlənir. Noutbuk süni intellekt dəstəyinə malik müasir “Intel Core Ultra” prosessoru ilə təchiz edilmişdir ki, bu da ofis tapşırıqlarında və ezamiyyətlərdə yüksək performansı təmin edir. 2,5K genişlənməyə və 144 Hz yenilənmə tezliyinə malik displey, uzunömürlü batareya, qabaqcıl soyutma sistemi və geniş çeşidli portlar dəsti cihazı kiçik və orta biznes üçün universal alətə çevirir. “ExpertBook B5”in süni intellekt dəstəyi tətbiqlərin işini optimallaşdırmağa, videokonfransların keyfiyyətini yaxşılaşdırmağa və batareya ömrünü uzatmaq üçün resursları avtomatik idarə etməyə imkan verir. İntellektual alqoritmlər fon səs-küyünü azaltmağa kömək edir, məlumatların emalını sürətləndirir və noutbukun həm ofisdə, həm də yolda effektivliyini təmin edir, eyni zamanda rahatlığı və performansı lazımi səviyyədə saxlayır. ASUS EXPERTBOOK B5 (B5405) ASUS ExpertBook B5 (B5405) – 14” diaqonallı kompakt biznes noutbukudur. Korporativ istifadəçilər üçün yüngüllüyü, möhkəmliyi və genişləndirilmiş imkanları özündə birləşdirir. Model dəbli metal korpusu yüksək etibarlılıq və korporativ səviyyəli məlumat qoruması, o cümlədən çoxfaktorlu autentifikasiya və icazəsiz müdaxiləyə qarşı alətlərlə birləşdirir.
Noutbuk lokal süni intellekt dəstəyinə malik müasir “Intel Core Ultra” prosessoru ilə təchiz edilmişdir ki, bu da gündəlik biznes tapşırıqlarının həllini təmin edir. Videokonfransların avtomatik optimallaşdırılması, audiosiqnalın intellektual emalı və real zaman rejimində subtitrlərin generasiyası bulud bağlantısı olmadan məzmunla işləməyin və ünsiyyətin effektivliyini artırmağa imkan verir. 2,5K genişlənməyə və 144 Hz yenilənmə tezliyinə malik displey sənədlər və təqdimatlarla işləyərkən komfortu təmin edir, “ExpertCool” qabaqcıl soyutma sistemi isə uzunmüddətli yüklənmə altında belə sabit performansı qoruyur. Məhsulun universal konfiqurasiyası, modul konstruksiyası və rəqəmsal pasportu B5405 noutbukunu kiçik və orta biznes üçün etibarlı və ekoloji cəhətdən düşünülmüş bir alətə çevirir. ASUS EXPERTBOOK B1 (B1403/B1503)
ASUS ExpertBook B1 baza səviyyəli korporativ noutbuklar xəttində əsas yer tutur. Kompaktlığı, mobilliyi və etibarlılığı özündə birləşdirən bu modellər kiçik və orta biznes üçün nəzərdə tutulmuşdur. MIL-STD-810H standartına uyğun sertifikatlaşdırılmış yüngül və möhkəm korpus davamlılığı təmin edir, 15,6 düymlük parlaq və aydın təsvirli displey isə həm ofisdə, həm də ezamiyyətlərdə işi rahatlaşdırır. Noutbuk müasir süni intellekt alətlərini, o cümlədən proseslərin sürətləndirilməsi və onlayn kommunikasiyaları optimallaşdırmaq üçün “AI ExpertMeet” intellektual səs-küyün azaldılması sistemini dəstəkləyir. Barmaq izi sensoru, TPM, şifrələmə və təhlükəsiz kommunikasiya kanalları kimi kompleks biznes səviyyəli kiberqorunma korporativ məlumatları etibarlı şəkildə qoruyur. Daha möhkəm konstruksiyaya malik korpusu və klaviaturanın nəmdən qorunması cihazın davamlılığını artırır. “ExpertBook B1” periferiya qoşulması və İT infrastrukturun idarə edilməsi üçün rahat həllər təklif edir, korporativ cihaz parkının effektiv yerləşdirilməsi və texniki xidmətini təmin edir. Yüksək avtonomluq və yüngül çəki onu gündəlik işdə etibarlılığa, təhlükəsizliyə və mobilliyə önəm verən əməkdaşlar üçün praktik alətə çevirir. ASUS EXPERTBOOK BM1 (BM1403, BM1503)
ASUS ExpertBook BM1(BM1403, BM 1503) - yüksək performansın, etibarlılığın və geniş bağlantı imkanlarının kombinasiyasını təklif etməklə “ExpertBook” seriyasında kiçik və orta biznes üçün müasir həll kimi özünəməxsus yer tutur. Çəkisi 1,4 kq-dan başlayan yüngül korpusa, 180° şarnirə və düşünülmüş erqonomikaya malik BM1 modeli ofisdə və ezamiyyətlərdə işləmək üçün rahatdır, MIL-STD-810H hərbi standartı üzrə sertifikatlaşdırma isə onun möhkəmliyini və davamlılığını təsdiqləyir. Model AMD Ryzen™ 3/5/7 prosessorları və AMD Radeon™ qrafiki ilə təchiz edilib, 64 GB-dək operativ yaddaşı dəstəkləyir, bu da müasir biznes tətbiqləri ilə sabit işləməni və eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək imkanını təmin edir. 16:9 kənar nisbətinə, 300 nitədək parlaqlığa və antiblik örtüyə malik ekran sənədlər, təqdimatlar və vizual məzmunla rahat işləməyə imkan verir. Noutbuk USB-C, USB-A, HDMI, RJ45 daxil olmaqla tam interfeys dəstini, sürətli və etibarlı əlaqə üçün Wi-Fi 6E dəstəyini təqdim edir. “ExpertBook BM1” korporativ səviyyəli təhlükəsizlik və rahatlıq təklif edir: inteqrasiya edilmiş biometrik autentifikasiya funksiyaları, TPM 2.0, veb-kamera üçün fiziki qalxan, həmçinin intellektual səs-küy azaltma texnologiyaları və ekranda məlumatların qorunması. Düşünülmüş konstruksiya xidmət və modernizasiya imkanlarını asanlaşdırır - batareyanın, yaddaşın və SSD-nin sürətli dəyişdirilməsi mümkündür. Əlavə olaraq, noutbuk iş proseslərinin idarə edilməsi, nəzarəti və optimallaşdırılması üçün ASUS-un xüsusi proqram təminatını dəstəkləyir, bu da onu müasir biznesdə yüksək performanslı və təhlükəsiz iş üçün universal alətə çevirir. Beləliklə, “ASUS ExpertBook B” seriyası müxtəlif tapşırıqlar üçün nəzərdə tutulmuş noutbukları özündə birləşdirir. Bura kiçik bizneslər üçün baza səviyyəli noutbuklardan tutmuş rəhbərlər üçün premium həllərə qədər məhsul çeşidi daxildir. Bütün modellər düşünülmüş təhlükəsizliyi, yüksək mobilliyi, uzunömürlülüyü və süni intellekt daxil olmaqla müasir texnologiyaların dəstəyi ilə fərqlənir, bu da onları istənilən iş mühitində etibarlı və universal köməkçilərə çevirir. Reklam hüququnda