BAKI, 15 dekabr. TELEQRAF
Azərbaycanın ilkin gəlirlər balansında kəsir yanvar sentyabr aylarında 1,7 milyard dollar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bunu formalaşdıran əsas amil neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların faiz ödəmələridir.
“Bu dövrdə təkrar gəlirlər balansında isə təxminən 468 milyon dollar profisitimiz formalaşıb”- o əlavə edib.