AZ

“Neftçi” sabiq baş məşqçisinin oğluna İŞ VERDİ

«Neftçi»nin sabiq baş məşqçisi Arif Əsədovun oğlu bu klubda işə başlayacaq. Söhbət Fuad Əsədovdan gedir. O, əsas komandanın qapıçılar üzrə məşqçisi olacaq.Paytaxt təmsilçisinin rəhbərliyi onun təyinatını Yuri Vernidubla razılaşdırıb. Yeni baş məşqçi gənc mütəxəssis barədə məlumat alandan sonra bu işbirliyinə xeyir-dua verib.
Bundan öncə «Neftçi»nin məşqçi korpusunda gözlənilməz ayrılıq yaşanıb.
Bir neçə gün qabaq Yuri Vernidubun ekibinə qoşulan Aqil Məmmədov artıq əsas komandan ayrılıb.
Qapıçılar üzrə köməkçi yenidən akademiyaya dönüb.
O, öz istəyi ilə bu addımı atıb.
Dekabrın 9-da «ağ-qaralar»la 1,5 illik müqavilə imzalayan Vernidubun korpusu hazırda 4 nəfərdən ibarətdir. Bura Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin daxildir.
SPORTİNFO.AZ

Seçilən
7
1
sportinfo.az

2Mənbələr