AZ

Yunanıstanın baş naziri yol polisi tərəfindən alkohol yoxlamasına cəlb edilib

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Afinada axşam yeməyindən qayıdarkən yol polisi tərəfindən aparılan yoxlama zamanı saxlanılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, yol polisi qaydalarına uyğun olaraq Miçotakis və Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Mixalis Xrisohoidis alkometr yoxlamasından keçirilib.

Aparılan test nəticəsində hər iki rəsminin spirtli içki qəbul etmədiyi müəyyən olunub.

Baş nazir polis əməkdaşları ilə qısa söhbət etdikdən və xatirə şəkli çəkdirdikdən sonra ərazini tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
baku.ws

2Mənbələr