AZ

Toy karvanında hoqqa verənlər qəza törətdi DİN görüntüləri yaydı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yol hərəkəti qaydalarına əməl edilməməsi şad günü kədərli günə çevirə bilər. Xüsusilə “toy karvanları”nda hərəkət edən bəzi sürücülərin məsuliyyətsiz davranışları həm süni tıxaclara, həm də yol-nəqliyyat hadisələrinə səbəb olur.

Belə hallardan biri ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində – Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, “toy karvanı”nda hərəkət edən avtomobillərin qaydaları pozması nəticəsində qəza baş verib.

Müşahidələr göstərir ki, bəzi sürücülər qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevr etmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda, bəy-gəlin avtomobilini müşayiət edən nəqliyyat vasitələri şadlıq saraylarının yaxınlığında dayanma və durma qaydalarına əməl etmədikdə hərəkətin ciddi şəkildə ləngiməsinə səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. Bildirilib ki, sürücülər bir zolaq üzrə, yolun sağ tərəfində sıra ilə hərəkət etməli və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
avtosfer.az

1Mənbələr