AZ

Türkiyə klubu almaniyalı baş məşqçi ilə müqaviləni yeniləyəcək

Bakı, 15 dekabr, AZƏRTAC

UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət çəkən Türkiyənin “Samsunspor” komandası baş məşqçi Tomas Reislə müqavilənin müddətini uzadacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Yüksəl Yıldırım məlumat verib. O, qışda almaniyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalayacaqlarını söyləyib.

52 yaşlı çalışdırıcının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Samsunspor” Konfrans Liqasında 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
91
2
azertag.az

3Mənbələr