AZ

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

Bakı. Trend:

Ölkəyə pul köçürmə sistemləri vasitəsilə bu ilin ilk 9 ayındacüzi artım olub. Belə ki, dövr ərzində ölkəyə 850 milyon dollar pulbaratı (0,2 faiz artım) daxil olub.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov tədiyə balansınınaçıqlanmasına həsr olunmuş brifinqə deyib.

Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü beləolub:

Rusiya - 344 milyon ABŞ dolları;
Türkiyə- 140 milyon ABŞ dolları;
ABŞ - 74 milyon dollar;
Birləşmiş Krallıq - 31 milyon ABŞ dolları;
Gürcüstan - 30 milyon ABŞ dolları.

S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricəköçürülmüş pul baratlarının həcmi 361 milyon dollar olub.

Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsübelə olub:

Türkiyə- 104 milyon dollar;
ABŞ - 55,8 milyon dollar;
Rusiya - 34 milyon dollar;
Birləşmiş Krallıq - 20 milyon dollar;
Gürcüstan- 19,8 milyon dollar

Məqalədə:
Seçilən
92
2
az.trend.az

3Mənbələr