AZ

KİV: Kamala Harris 2028-ci il prezident seçkilərinə hazırlaşır

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris yenidən 2028-ci il seçkilərində ən yüksək vəzifəyə iddia edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Harris ötən həftə Demokrat Partiyasının nümayəndələrinin yeni prezidentlik kampaniyasının başlanğıcı kimi nəzərdən keçirdiyi bir neçə addım atıb. Xüsusilə, 12 dekabrda Los-Ancelesdə etdiyi çıxışında o, keçmiş ABŞ lideri və partiya yoldaşı Co Baydenin siyasətini dəstəklədiyi ilk kampaniyasının ritorikasından uzaqlaşıb və hər iki partiyaya sərt reaksiya verib. O, həm Demokratların, həm də Respublikaçıların ictimaiyyətin etimadını doğrulda bilmədiyini qeyd edib.

2024-cü ilin noyabr ayında ABŞ prezident seçkilərində Demokrat Partiyasını təmsil edən Harris Respublikaçı namizəd Donald Trampa məğlub olub.

Poliqon.info

Seçilən
91
poliqon.info

1Mənbələr