ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Bir çox Avropa ölkələri çürüyür, çürüyürlər”.
Gununsesi.infoxəbər verir ki, ABŞ lideri Tramp bunu “Politica” nəşrinə müsahibəsində deyib.
O, jurnalistin “Onlar bu sözlərdən dəhşətə gələ bilərlər” sözünə isə belə reaksiya verib:
“Onlar gərək öz ölkələrinə etdiklərindən dəhşətə gəlsinlər, öz ölkələrini məhv edirlər”.
O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdən geri çəkilə bilər və Avropa liderlərini də zəif adlandırıb.
Tramp son olaraq Avropa ölkələrini immiqrasiyaya nəzarəti əldən verməkdə ittiham edib.
Tramp bu barədə deyib:
“Onların immiqrasiya ilə bağlı etdikləri faciədir”.
Professor Qulu Məhərrəmli mövzuya belə münasibət bildirib.

O bu cür açıqlamalarla Amerikanı Rusiyanın əlinə işlədiyini bildirib:
“İlin-günün bu vaxtında Donald Trampın Avropa ilə ABŞ arasında çat yaratması, onlara “çürüyürlər”, “zəifdirlər”, “biz Ukraynanın müdafiəsindən çəkilə bilərik” deməsi ilə aşağılaması yalnız Rusiyanın əlinə işləyir”.
Günay
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.