AZ

Cənubi Kordofanda dron hücumu nəticəsində 9 nəfər ölüb

Sudanın Cənubi Kordofan əyalətində hücum nəticəsində ölən və yaralananlar var.

News365.az xarici mediaya istinadla xəbər verir ki, 
RSF (Çevik Dəstək Qüvvələri) tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb. 

Yaralananlar arasında tibb işçilərinin də olduğu bildirilib.


Məlumata görə, hücum mülki obyektləri hədəf alıb. 

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.


Seçilən
43
news365.az

1Mənbələr