Bakı. Trend:
Rusiya paytaxtı Moskvanın iki hava limanı - “Domodedovo” və“Jukovski” hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqətiməhdudiyyətlər tətbiq olunub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın nümayəndəsiArtyom Korenyako “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, məhdudiyyətlər təyyarələrin uçuştəhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.
Bundan əvvəl dekabrın 14-də də Domodedovo və Jukovskiaeroportlarında uçuşlar müvəqqəti dayandırılmışdı.