ain.az bildirir, Bakupost portalına istinadən.
Braziliyanın “Flamengo” klubu hücumçusu Juninyonun Meksikanın “Pumas” komandasına transferi ilə bağlı danışıqları yekun mərhələyə çatdırıb. Razılaşmanın 5 milyon avro (təxminən 31,7 milyon real) qarşılığında baş tutacağı bildirilir. Bu məbləğ rubro-neqroların futbolçunu mövsümün əvvəlində Azərbaycan çempionu “Qarabağ”dan transfer edərkən ödədiyi qiymətlə eynidir.Bakupost.az “ESPN”ə (Entertainment and Sports Programming Network) istinadən xəbər verir ki, “Flamengo”nun dekabrın 13-də aldığı təkliflə bağlı klub rəhbərliyinin yekun qərarı gözlənilir. Juninyo üçün digər variantlar olsa da, Braziliya klubunu maliyyə və şərtlər baxımından daha çox məhz “Pumas”ın təklifi qane edib. Futbolçu hazırda komanda ilə birlikdə Qətərdə keçirilən FIFA-nın Klublararası Dünya Kubokunda iştirak edir.“Flamengo”nun bu gün yekun qərar verməsi gözlənilir. Klubun təklif olunan şərtlərdən məmnun olduğu və satışın rəsmiləşdirilməsinin yüksək ehtimalla baş tutacağı vurğulanır. “Pumas” ödənişi mərhələli şəkildə həyata keçirməyi təklif edib.Juninyo 2025-ci ilin əvvəlində “Qarabağ”dan “Flamengo”ya transfer olunsa da, Braziliya klubunda gözləntiləri tam doğrulda bilməyib. Hücumçu mövsüm ərzində 32 oyunda meydana çıxaraq 4 qolla yadda qalıb. 24 yaşlı futbolçu əsas heyətdə möhkəmlənə bilməyib və zamanla komandadakı mövqelərini itirib.“Qarabağ”a 2023-cü ildə Braziliyanın “Shavish” klubundan transfer olunan Juninyo qısa müddətdə klubun aparıcı hücumçularından birinə çevrildi. O, 2023–2025-ci illər ərzində 81 oyuna çıxan futbolçu 42 qol vurdu. Braziliyalı hücumçu ölkə çempionatında, kubokunda (6 oyunda 5 qol) və avrokuboklarda (27 oyunda 14 qol) komandanın nəticələrində əsas pay sahibi oldu. “Qarabağ” onu 2023-cü ildə təxminən 500 min avroya heyətinə qatdığı futbolçunu, iki mövsüm sonra isə 5 milyon avroya “Flamengo”ya sataraq transfer bazarında ciddi maliyyə qazancı əldə etmişdi.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.