AZ

Rusiyada terrorizmlə əlaqəli 10 nəfər saxlanılıb

Rusiya Federasiyasının beş regionunda Ukrayna kəşfiyyat orqanlarının tapşırıqları ilə rəsmi nəqliyyat vasitələrini yandırmaqda, eləcə də enerji və nəqliyyat obyektlərinə qanunsuz müdaxilədə şübhəli bilinən 10 Rusiya vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

FSB-nin açıqlamasında bildirilir ki, Komi Respublikasında, Həştərxan, Voloqda və Volqoqrad vilayətlərində, həmçinin Krasnodar diyarında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin fəaliyyəti ifşa edilərək dayandırılıb.

Onların hüquq-mühafizə orqanlarına məxsus nəqliyyat vasitələrini yandırdıqları və enerji, nəqliyyat infrastrukturuna zərər vurduqları iddia olunur.

Məlumata görə, faktlarla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanıb. Saxlanılan şəxsləri 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Seçilən
82
50
operativmm.az

10Mənbələr