AZ

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Cari ilin ilk on ayında dövlət büdcəsinin gəlirləri 32,9 milyard manat, xərcləri isə 27,7 milyard manat təşkil edib.

Valyuta.az xəbər verir ki, nəticədə büdcənin icrasında 5,2 milyard manat həcmində profisit yaranıb.

Bu göstərici ümumi daxili məhsulun 4,9 faizinə bərabərdir.

Müvafiq dövrdə büdcə xərclərinin əsas istiqamətləri arasında müdafiə və milli təhlükəsizlik, iqtisadi fəaliyyət, sosial müdafiə və təhsil sahələri aparıcı yer tutub.

Dövlət büdcəsində ən yüksək xərc istiqamətləri:

Müdafiə və milli təhlükəsizlik – 5 milyard 621,7 milyon manat

İqtisadi fəaliyyət – 5 milyard 10,0 milyon manat

Sosial müdafiə və sosial təminat – 3 milyard 740,2 milyon manat

Ümumi dövlət xidmətləri – 3 milyard 512,5 milyon manat

Təhsil – 3 milyard 468,9 milyon manat

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq – 2 milyard 267,3 milyon manat

Əsas bölmələrə aid edilməyən xidmətlər – 1 milyard 456,9 milyon manat

Səhiyyə – 950,1 milyon manat

Kənd təsərrüfatı – 824,8 milyon manat

Mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti – 416,7 milyon manat

Mayya Hüseynova


Seçilən
49
azia.az

1Mənbələr