AZ

Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!

Bakı. Trend:

VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyayastart verdi. Kampaniya çərçivəsində Bank nağd kreditlər üzrəendirimli faiz dərəcələri təklif edir. Müştərilər daha aşağı faizləvə 0% komissiya ilə kredit əldə edə bilərlər.

"Bayram ərəfəsində əhalimizin maliyyəyə ehtiyacı ənənəvi olaraqartır və kredit məhsullarını daha əlçatan etmək üçün biz faizdərəcələrini endirdik və komissiyanı tamamilə aradan qaldırdıq. Bu,nağd krediti daha sərfəli şərtlərlə əldə etmək üçün əla fürsətdir",— deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və PərakəndəBiznesin rəhbəri Yaşar Kərimov deyib.

Aksiya 15 dekabr – 31 dekabr 2025-ci il tarixlərində baştutacaq.

VTB (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında məlumatıfiliallarda, https://vtb.az/ rəsmiveb saytında, 986 qısa nömrəsinə zəng etməklə və sosial mediasəhifələrində əldə etmək olar.

Məqalədə:
Seçilən
91
5
az.trend.az

6Mənbələr