AZ

Zelenskinin təltif etdiyi soydaşımız həlak olub FOTO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə daha bir soydaşımız Qasımov Samir Rasim oğlu həlak olub.

“AzPolitika” sosial mediada yayılan məlumata istinadla xəbər verir ki, Samir Qasımov müharibəyə könüllü olaraq qatılıb və Donetsk vilayətində gedən döyüşlər zamanı həyatını itirib. O, döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Ukrayna Prezidenti Volodimir Zelenskiy tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif olunub.

Bildirilir ki, Samir Qasımov Ukraynanın Mukaçevo şəhərində dəfn olunacaq.

Allah rəhmət eləsin!

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
azpolitika.info

1Mənbələr