Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri dekabrın15-də Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəklər.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə alinümayəndəsi Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyalar siyahısına daha40 dəniz gəmisinin adlarını daxil edəcək.
“Biz "kölgə donanması"na aid gəmilərlə bağlı qərar qəbuledəcəyik. 40 əlavə gəmi və yardımçı vasitəni nəzərdə tutmuşuq”, –deyə Kallas bildirib.
Bundan əvvəl İsveçrə hökuməti Aİ-nin 19-cu sanksiyalar paketinəqoşulduğunu elan edib. Yeni tədbirlər 13 dekabr 2025-ci iltarixindən qüvvəyə minib.
Avropa İttifaqının oktyabrın sonunda Rusiyaya qarşı tətbiqetdiyi 19-cu sanksiyalar paketi Rusiya bank qurumlarına vəkriptovalyutalardan istifadə edilməklə aparılan əməliyyatlara qarşıməhdudiyyətləri nəzərdə tutur. Bundan əlavə, məhdudiyyətlərsiyahısına xarici bayraqlar altında üzən və Rusiya neftinindaşınmasında iştirak edən yüzdən artıq tanker daxil edilib. Eynizamanda, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİölkələrinin ərazisində rusiyalı diplomatların hərəkətinəməhdudiyyətlərin tətbiq olunduğunu da təsdiqləyib.