Macarıstan xarici işlər naziri Peter Siyarto Ukrayna xarici işlər naziri Andriy Sibiqanı Baş nazir Viktor Orbanla bağlı şərhlərinə görə tənqid edib.
Poliqon xəbər verir ki, nazir bu barədə sosial media hesabında yazıb.
"Başa düş: Bu, bizim müharibəmiz deyil, sizin müharibənizdir!", deyə Siyarto qeyd edib.
O, Sibiqanın Orbanın Avropada "Rusiyanın ən dəyərli dondurulmuş aktivi" olması ilə bağlı açıqlamalarına cavab olaraq bildirib.
14 dekabrda Siyarto sosial mediada polşalı həmkarı Radoslav Sikorski ilə qızğın mübahisəyə girib. Mübahisə Macarıstan Baş naziri Viktor Orbanın açıqlaması ilə başlayıb. O, Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsinin müharibə elanına bərabər olacağı fikrini bildirib. Siyasətçi bunun qaçılmaz nəticələrinin olacağına əmindir. Sikorski ona "Viktor Lenin ordenini qazanıb" ifadəsi ilə cavab verib. Siyarto isəPolşanın həqiqətən Rusiya ilə Avropa arasında müharibə istədiyini yazıb.
Poliqon.info