AZ

Polşa Ukraynaya MiG-29 qırıcı təyyarəsi verə bilər

Polşa Ukraynaya təxminən 8 ədəd MiQ-29 qırıcı təyyarəsi təhvil verə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik TVN24 telekanalına müsahibəsində bildirib.

Qeyd edilib ki, təyyarələrin Polşa Hərbi Hava Qüvvələri tərəfindən dekabrın sonuna qədər istismardan çıxarılması planlaşdırılır.

Onun sözlərinə görə, ilin sonuna qədər sıradan çıxarılacaq bir neçə MiQ-29-un Ukraynaya verilməsi imkanı nəzərdən keçirilir və söhbət konkret olaraq altı-səkkiz təyyarədən gedir.

Tomçik qeyd edib ki, bu sayda qırıcı təyyarənin Ukraynaya ötürülməsi Polşa Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarına mənfi təsir göstərməyəcək.

Xatırladaq ki, dekabrın 10-da Polşa Ordusunun Baş Qərargahı Ukrayna raket texnologiyası müqabilində istismar müddəti başa çatmış MiQ-29 təyyarələrinin Kiyevə verilməsinin mümkün olduğunu açıqlamışdı. Həmin vaxt təhvil verilə biləcək təyyarələrin sayı dəqiqləşdirilməmişdi.

TVN24-ün məlumatına görə, Polşa Hərbi Hava Qüvvələrində dekabrın sonuna qədər istismardan çıxarılması planlaşdırılan MiQ-29 təyyarələrinin ümumi sayı 14-dür.

Seçilən
26
operativmm.az

1Mənbələr