AZ

Mərakeşdə daşqınlar nəticəsində 21 nəfər ölüb

Mərakeşin qərbində yerləşən Safi əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlar zamanı 21 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MEDI1TV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Hadisə bazar günü Atlantik okeanı sahilində yerləşən Safi bölgəsində müşahidə olunan leysan və ildırım yağışlarından sonra baş verib.

Rəsmi açıqlamada bildirilir ki, güclü yağıntılar qısa müddətdə daşqınlara səbəb olub və nəticədə ölənlərin sayı 21-ə çatıb.

Mərakeş mediasının məlumatına görə, Safi şəhərində təxminən 70 ev və mağaza su altında qalıb, 10 avtomobil sel sularına qapılıb, bir sıra yollar isə ciddi şəkildə zədələnib. Yerli qurumlar bölgədə fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Seçilən
76
operativmm.az

1Mənbələr