AZ

Sidneydə terrorçunu zərərsizləşdirən qəhrəman görün kimdir

Xəbər verdiyimiz kimi, dünən Sidneydəki Bondi çimərliyində dəhşətli silahlı insident baş verib. İnsident zamanı ərazidə olan silahsız şəxs şübhəlilərdən birinin üzərinə atılaraq onu zərərsizləşdirib.

Publika.az Avstraliya mediasına istinadən xəbər verir ki, həmin şəxsin 43 yaşlı meyvə-tərəvəz satıcısı Əhməd əl Əhməd olduğu məlum olub.

Məlumata görə, hadisə anında iki dəfə güllələnən Əhməd hazırda xəstəxanadadır, o, bu gecə əməliyyat olunacaq. Əhmədin əmisi oğlu mətbuata açıqlamasında bildirib ki, onun silahlarla bağlı heç bir təcrübəsi yoxdur.

Əhmədin hücuma müdaxilə etdiyi anlar Avstraliya mətbuatında və ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Avstraliyalılar onun bu müdaxiləsini qəhrəmanlıq kimi qiymətləndiriblər.

Seçilən
49
publika.az

1Mənbələr